Bakıdan İrəvana ÇAĞIRIŞ, yoxsa SON XƏBƏRDARLIQ? – TƏHLİLbackend

Bakıdan İrəvana ÇAĞIRIŞ, yoxsa SON XƏBƏRDARLIQ? - TƏHLİL

“Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır”.

KONKRET.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, Bakının regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyi prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanan tədbirlər davam etdiriləcək.

Belə xəbərdarlıqlar vaxtaşırı xarakter daşıyır. Ona görə də çox adam işin ciddiliyinə əhəmiyyət vermir. Lakin bu çağırışı 2 hissəyə bölmək olar.

Birincisi, İrəvan və Xankəndiyə mesajdır ki, qanunsuz fəaliyyətlərin davam edəcəyi təqdirdə Bakının səbr kasası dola, ya da dəmir yumruğa çevrilə bilər. “Dəmir Yumruq” effekti isə onlara yad deyil. 2 il ötməsinə baxmayaraq yumruqdan sonrakı baş ağrıları qalmaqdadır. Lakin özləri də başağrı yaradırlar. Azərbaycanın sülh səylərini dondurmağa, Qərbin tərəzisində öz həqiqətlərinin daha ağır gəlməsinə çalışırlar. Səmimi olsaq, məqsədlərinin hər ikisinə qismən də olsa, nail olurlar. Çünki Qərb Fransadan ibarət olsaydı, qisməni dəqiq sözü ilə əvəzləyərdik. Həmçinin sülhün baza prinsipləri, Vaşinqton, Brüssel, Moskva variantları istisnası ilə proses elə 2020-2021-2022 labirintindədir.

İkincisi, Bakının regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyinin prinsipiallığı, beynəlxalq hüquq və təcrübəyə əsaslanan tədbirlərin davam etdiriləcəyi birinci hissənin zəmanətidir. Yəni Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 2020-nin sonunda icra edib. Beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tam bərpasına da haqqı çatır. Suverenliyə əsas təhdid isə Qarabağdakı separatçılardır. Onların Azərbaycan vətəndaşlığını qəbul etmədiyi halda zorla tərksilah, həbs və deportasiyası normaldır. Sadəcə, hazırda sözügedən zona rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasıdır. Orada əməliyyat üçün ya Moskvanın icazəsi olmalı, ya da Bakı rusları sülhməramlı mandatından məhrum etməlidir.

– Volkovlu sülhməramlılar heç ekoloqların monitorinqinə icazə vermir, o ki qaldı antiterror əməliyyatına;

– 2025-ci ilədək Bakının rus sülhməramlıların mandatından imtinası real görünmür. Çünki hazırkı Rusiya-Azərbaycan əlaqələri daha sıx xarakter almaqdadır.

• Bəzi analitiklərin fikrincə, 2024-də SSRİ bərpa olunacaq, digərləri isə həmin tarixdə Turan İttifaqının qurulacağını iddia edir.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*