Bakıya sərt qış gəlir: Ehtiyacı olanlara yer və yemək veriləcəkbackend

Bakıya sərt qış gəlir: Ehtiyacı olanlara yer və yemək veriləcək

Azərbaycanda bu qışın sərt keçəcəyi gözlənilir. Artıq Bakı Şəhər İcra Hakimiyyəti yerli icra strukturları ilə birlikdə qışa hazırlıq müşavirələri keçirir, hazırlıq prosesi dəyərləndirilir.

Qışın sərt keçməsi bir qrup insan üçün xüsusilə təhlükəlidir ki, söhbət küçədə səfil həyatı yaşayan, evsiz insanlardan gedir.

Bakıda əvvəlki illərdə evsizlər üçün soyuq və qarlı havalarda müvəqqəti çadırlar quruşdırılaraq isti yerə, yeməyə ehtiyacı olanlar yerləşdirilib.

KONKRET.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Cebhe.info-un sorğusuna cavabda bildirib ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər, eləcə də baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir:

“Artıq bir neçə ildir ki, çadırları belə müəssisələr əvəzləyir. Ötən qış mövsümündə olduğu kimi, bu qış mövsümündə də kəskin hava şəraitinin olması səbəbindən faktiki vəziyyətdə sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.

Sosial Sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermək olar. Sığınacaqlara yerləşdiriləcək şəxslər burada ilk növbədə tibbi müayinə olunduqdan sonra yataqla, yeməklə təmin olunacaqlar. Onlara zəruri sosial-məişət xidmətləri göstəriləcək”.

Həmsöhbətimiz hələlik bu mövsüm evsiz insanlardan müraciət daxil olmadığını deyib:

“Qaydalara əsasən, sığınacaqlara qəbul sənədlər əsasında aparılır. Amma məhz kəskin soyuqlarda, qarlı-şaxtalı havalarda sənəd tələb edilmədən ehtiyacı olan şəxslər bu müəssisələrə yerləşdirilirlər”.

  • Murad
    Dekabr 1, 2023 - 11:41

    Salam mənim eytiyacım bir tək kirayə ev və işə egtiyacım var 055_668_11_14

  • Cəsarət
    Dekabr 1, 2023 - 15:49

    Jurnalistlerin həbsinə nə ad verək

  • Vüsal
    Dekabr 1, 2023 - 19:19

    Menimde komeye ehtiyacim var ikinci vətən müharibəsi veteranıyam.

  • Yaqub
    Dekabr 1, 2023 - 21:22

    Salam menim kiraye eve ehtiyacim var birde xais edirem meni isle temin ederdiniz cox xais edirem 0555173270

  • şaiq
    Dekabr 2, 2023 - 15:07

    salam sizden cok xaiw edirem kiraye qaliram iki ovladim var imkanim yokdu havalarda soyur evde isdlik sisdemi yokdu komeklik etmeyinizi isdirem cok xaiw edirem

  • Admin
    Dekabr 2, 2023 - 23:12

    Yaxşi olardı ki evsiz olanları evnən təmin edərdiz axı biz humanistlik edirik. Yəqin ki xəbəriniz var nə qədər evsiz insanlar var kirayədə qalanlar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*