“BakuBus”ın rəhbəri dəyişdibackend

“BakuBus”ın rəhbəri dəyişdi

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Nəcəf Məlikov vəzifəsindən azad edilib.

KONKRET.AZ xəbər verir ki, şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib.

Onun nizamnamə kapitalı 30 milyon manatdır.

Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*