Öncə, qızıl qaydanı xatırlayaraq söhbətə başlayaq.
“Onlayn olan heçnə, təhlükəsiz deyildir”.
Günümüzdə banklarımız tərəfindən ən aşağı səviyyədə idarə olunan “İstifadəçi təhlükəsizliyi” bir çox insanın əməliyyat icra etmədən maddi itkisinə səbəb olur.
Bu məbləğlər bəzi hallarda çox yüksək ola bilir.Bizə olan müraciətlərdə kartından götürülmüş məbləği 6-10 min manat aralığına qədər oğurlanmış şəxslər olmuşdur. Bank bundan boyun qaçırır, polis müraciət etdiyi halda qanuni proseduru başladır.
Bunu edən insanlar adətən saxta hesablar, ödəmə nöqtələri, qəbul nöqtələri məsələlərini öncədən ön maksimal həddə təhlükəsiz yerlər olaraq seçirlər. Demək olar ki, xırda kiber dələduzluq halların nəzərə almasaq, bütün tranzaksiyalar xaricdən həyata keçirilir.
Ümid qalır, hüquq-mühafizə orqanlarının bu məsələni araşdırıb üzə çıxarması və məbləği bərpa etməsinə. Bu arada, sizə Varis-in “Sonuncu ölən ümidlərdir” kitabını tövsiyə edirəm…
Maksimum həddə təhlükəsizliyimizi necə təmin edə bilərik?
Onlayn ödənişlər üçün daima virtual kartlardan istifadə edin.Bu gün Azərbaycan banklarının əksəri bu virtual kartı mobil app vasitəsilə pulsuz olaraq verir.
Maaş kartınız, şəxsi vəsaitlərinizi saxladınız kartları heç bir onlayn ödənişə istifadə etməyin, hətta internet çıxışını ləğv etdirin. Yalnız, nağdlaşdırma əməliyyatlarına aktiv kart olsun.
Misal: Şəbnəm Trendyoldan alış-veriş etmək istəyir. Şəbnəmin vəsaiti Kapital Banka məxsus maaş kartındadır. O trendyoldan edəcəyi alış-veriş üçün maaş kartındakı məbləği virtual kartına mədaxil edib, daha sonra virtual kart üzərindən alış verişini tamamlamalıdır. Bununla da, Şəbnəm, maaş kartını online alış-veriş sayt sisteminə salmadan, virtual olaraq sifarişini tamamlaya, təhlükəsizliyini təmin edə bilər.
Nəzərinizə çatdırım ki, bir çox saytlar, hətta dünya nəhəngi Amazon belə bəzi hallarda CVV kod olmadan alış-veriş üçün açıq olur. Bəli, sizin güvəndiyiniz 3D kod bir yana, CVV kodu belə əzib keçən saytlar var.
Onun üçün də, kartınızı kiməsə göndərərkən, vəsaiti qəbul etdikdən sonra, nağdlaşdırmağı və kartınızda vəsait saxlamamağı tövsiyə edirik.
Digər bir məsələyə toxunaq:
-Oğurlanmış məbləğləri necə qaytara bilərik?
Merçant adresdən asılı olaraq (Ödəmə yuvası) hüquq-mühafizə orqanları bu məsələyə dair araşdırma başladır və bəzi hallarda vəsaitlərinizi bərpa edib, cinayətkar şəxsləri tuta bilsələr də, bu hər zaman olmur. Yəni, öz təhlükəsizliyinizi özünüz təmin etmədikdən sonra “gedən qayıtmaz”.
Elman Mütəllim,
İKT mütəxəssisi
