Bankdan kredit götürmək istəyənlər OXUSUN: Əgər pay torpağınız varsa…backend

Bankdan kredit götürmək istəyənlər OXUSUN: Əgər pay torpağınız varsa...

Banklar tərəfindən kredit verilərkən girov tələbləri hər zaman müzakirə mövzusu olub. Xüsusilə, vətəndaşların mülkiyyətində olan pay torpaqlarının girov kimi qəbul edilib-edilməməsi bir çoxlarını maraqlandırır.

Bəs banklar belə torpaqları girov götürə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bankların hansı əmlakı girov kimi qəbul etməsi qanunla məcburi şəkildə müəyyən edilmir:

iqtisadçı-ekspert Xalid Kərimli - ən son xəbərlər və yeniliklər |  Medianews.az

“Bu, birbaşa bankın risk siyasətindən asılıdır. Bank kredit verərkən düşünür ki, əgər vətəndaş borcu qaytarmasa, həmin girov hesabına vəsaiti necə geri alacaq.
Əgər vətəndaşın pay torpağı üzərində rəsmi çıxarışı (kupçası) varsa, o, həmin əmlakı girov kimi təqdim edə bilər. Lakin bank yenə də həmin torpağın likvidliyini – yəni bazarda nə dərəcədə asan satıla biləcəyini qiymətləndirir”.

Xalid Kərimli qeyd edib ki, bəzi hallarda banklar pay torpaqlarını girov kimi qəbul etməkdən çəkinə bilər. Bunun səbəbi isə belə torpaqların satışının çətin olmasıdır.

Aynurə İsmayıl
KONKRET.az

  • Teyyub
    Mart 26, 2026 - 10:32

    Salam mənim 50;sot pay torpagim var.ne qədər kredit götürə bilərem??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*