Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən qarşıdurma zamanı “qara bereli”lərdən biri “Vətən naminə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı təpikləyib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Milli Cəbhənin yaydığı bəyanatda deyilir.
Qeyd edilib ki, “qırmızı berelilər” həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında keçirilən aksiyanı işıqlandıran bir neçə jurnalisti döyüblər.
Polisin qəddar və qeyri-mütənasib güc tətbiq etməsi nəticəsində bəzi vətəndaşların halı pisləşib. Onları dəyənəklərlə də döyüblər.
Xatirə SADİQ,
KONKRET.az
