İşğalçı Ermənistanın bəzi hökumət dairələrində Nikol Paşinyanın həyat yoldaşı Anna Aakopyanın baş nazir vəzifəsinə namizəd ola biləcəyi düşünülür. Onun xeyrinə bir çox arqument var.
KONKRET.az xəbər verir ki, bu haqda Politik.am nəşri məlumat yayıb.
“Birincisi, hazırda A.Akopyan özü müstəqil qərarlar verir və Paşinyan onun xəbəri olmadan vacib addımlar atmır. Ərindən fərqli olaraq Annanın döyüşməsi və silahlı bir dəstəyə rəhbərlik etməsi də vacib məsələdir. Bu dəstənin Gorus şəhərini tərk etməməsi faktı o qədər də əhəmiyyətli deyil. Anna Akopyanın parlamentin hökumətyönlü deputatları üzərində də böyük təsiri var. Qeyd edilən hökumət dairələri Azat Arşakyana ictimai rəyləri yoxlamaq üçün bu fikri medialardan birində səsləndirməsini təklif edib. Xatırladaq ki, bir gün əvvəl Azat Arşakyan saytların birində belə demişdi: “Bir araya gəldiniz, Nikolu qovdunuz, ancaq Anna Akopyan seçilsə, nə edəcəksiniz?” – deyə erməni nəşri yazır.
