Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ – VİDEObackend

Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ - VİDEO

Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan respirator xəstəlik geniş yayılıb.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, baş pediatr Erkin Rəhimov bu əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunduğunu bildirib.

O qeyd edib ki, viruslar adətən havalar soyuyanda aktivləşir.

Erkin Rəhimov əlavə edib ki, məktəb və bağçalar açıldığından xəstəlik daha geniş vüsət alıb. Onun sözlərinə görə, bu dönəmdə uşaqlar arasında ciddi şikayətlər olarsa, onlardan COVİD-19-a görə PCR testi götürülməlidir.

Baş pediatr övladlarını ev şəraitində müalicə etməyə çalışan valideynlərə xəbərdarlıq edib. O qeyd edib ki, reseptsiz qəbul edilən dərmanlar uşaqların səhhətində ciddi fəsadlara yol aça bilər.

Erkin Rəhimov əlavə edib ki, valideynlər uşaqlarını qripə qarşı peyvənd etdirməklə də viruslardan qoruya bilərlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*