Baş redaktorun üzərinə qırmızı boya tökdülər – FOTObackend

Baş redaktorun üzərinə qırmızı boya tökdülər - FOTO

Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov qatarda Moskvadan Samaraya gedərkən naməlum şəxslər onun üzərinə boya töküblər.

KONKRET.az xəbər verir ki, bu barədə Dmitrki Muratov özü məlumat yayıb.

O, bildirib ki, bir nəfər kupeyə daxil olaraq, baş redaktorun üstünə al rəngdə boya atıb.

Həmçinin, həmin şəxs “Novaya qazeta” nəşrinin təsisçisi və baş redaktoruna: “Muratov, al, bizim oğlanların əvəzinə” , – deyə səslənib.

Qeyd edək ki, Dmitri Muratov həm də hüquq müdafiəçisidir və 2021-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Günel Mikayıl,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*