On ilə yaxın idi Abşeron kimi böyük rayona rəhbərlik edən İradə Gülməmmədova bir neçə gün öncə tutduğu vəzifədən azad edildi. Onun vəzifəsindən kənarlaşdırılması Abşeron sakinlərinin böyük əksəriyyəti tərəfindən xoş qarşılandı.
Vətəndaşlar xanım Gülməmmədovanı heç bir iş görməyən, mövcud problemləri həll etməyən, süründürməçi bir icra başçısı kimi xatırlayırlar.
Abşeron sakinlərinin keçmiş icra başçısı haqqında nə düşündüklərini və şəhərin yeni rəhbərindən gözləntilərini KONKRET.az-ın hazırladığı videosorğudan izləyə bilərsiniz.

Qəsəbələri gəzib, daxili yolları gördükdə İradə Gülməmmədovanın necə fəaliyyət göstərdiyi görünür