Abşeron rayon Xirdalan şəhəri Qacaq Nəbi küçəsində yaşayan sakinlər kanalizasiya sularının yolları bərbad vəziyyətə salmasından şikayət edirlər. Onların sözlərinə görə, bu yollarda hərəkət etmək məcburiyyətində qalan uşaqdan böyüyə hər kəs çirkabli yollarda çox əziyyət çəkir.
KONKRET.az xəbər verir ki, bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilsə də, hələ ki, tədbir görülməyib.
