Bayden bu gün ilk prezident brifinqini keçirəcəkbackend

Bayden bu gün ilk prezident brifinqini keçirəcək

Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək.

KONKRET.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Bildirilir ki, brifinq zamanı Bayden xüsusi xidmət orqanlarından məlumat alacaq və sonra məsləhətçiləri ilə görüşəcək.

O da məlum olub ki, Ağ Evin mətbuat katibi kimi Cen Psakinin təyin edilməsi planlaşdırılır.

O, əvvəllər Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri idi. Bu vəzifədə Psaki bir sıra qalmaqallı və gülünc açıqlamaları ilə (Məsələn “qazın Avropadan Rusiyaya getdiyini”, yaxud Həştərxan bölgəsinin Ukrayna ilə həmsərhəd olduğunu demişdi) yadda qalıb.

Bayden komandasının saytı administrasiyada jurnalistlərlə işləmək üçün bütün əsas vəzifələrin qadınlara veriləcəyini bildirib.

Bundan əlavə məlumatda qeyd edilir ki, Donald Tramp administrasiyası hökumətin təhvil verilməsi proseduru üçün “yaşıl işıq” yandırmışdı. Buna baxmayaraq, onun seçki qərargahı bütün səsləri saymaq üçün məhkəmə proseslərinə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*