Bayden çıxış zamanı çətin vəziyyətə düşdü – VİDEObackend

Bayden çıxış zamanı çətin vəziyyətə düşdü - VİDEO

Vəzifələrinin icrasına başladığı 100 gündə başına gələn kurioz hadisələri ilə fərqlənən ABŞ Prezidenti Co Bayden yenə pərt olub. Belə ki, o, izdiham qarşısında çıxışından əvvəl təqribən bir dəqiqə maska axtarışında olub.

KONKRET.az xəbər verir ki, bu barədə RT kadrlar yayımlayıb.

“Mənim problemim var, mən maskamı itirmişəm”, – deyə o bildirib.

Kadrlarda onun hər yeri – tribunanı, qovluqların, kağızların arasını axtardığı görünür. Maskanı tapmağa isə birinci xanım kömək edib. Məlum oldu ki, fərdi qoruyucu vasitə prezidentin cibində imiş.

Kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb, bəziləri “ölkənin 30 saniyə təhlükədə olduğunu” deyib.

Qeyd edək ki, ABŞ prezidenti bundan əvvəl çıxışı zamanı “eskalasiya” sözünü “vaksinasiya” ilə dəyişik salmışdı, həmçinin RF Prezidenti Vladimir Putinin soyadını “Klutin” kimi tələffüz etmişdi.

Onun “Bir nömrəli göyərtəyə” çıxarkən yıxılması isə sosial şəbəkələrdə müxtəlif mövzular üçün memə çevrilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*