Pezeşkian qonşu ölkələrə təşəkkür edib: “Sərhədlərimizi qorudular və…”backend

Pezeşkian qonşu ölkələrə təşəkkür edib: "Sərhədlərimizi qorudular və..."

İran Prezidenti Məsud Pezeşkian qonşu dövlətlərlə münasibətlərin əvvəlkindən xeyli yaxşı olduğunu və onların Tehranla çox yaxşı əməkdaşlıq etdiyini bildirib.

KONKRET.az xəbər verir ki, İran lideri bu barədə açıqlamasında qonşu ölkələrin təhlükəsizlik məsələlərindəki rolunu yüksək qiymətləndirib:

“Bizim münasibətlər keçmişlə müqayisədə qat-qat yaxşı olub və qonşu ölkələr bizimlə çox yaxşı əməkdaşlıq edirlər. Əslində, bu müharibədə planlardan biri şimal-qərbdən və cənub-şərqdən iğtişaşlar və gərginlik yaratmaq idi. İddia olunurdu ki, insanlar iğtişaş törətmək üçün məhz bu istiqamətlərdən daxil olacaqlar. Region ölkələrinin özləri heç kimə bu istiqamətlərdən sərhədləri asanlıqla keçməyə və iğtişaş yaratmağa imkan vermədilər. Bu, çox vacib məqamdır: qonşularımız insanların onların ərazilərindən keçərək iğtişaş və qeyri-sabitlik yaratmasına şərait yaratmadılar. Onlar təkcə bundan çəkinmədilər, həm də bizə yardım əlini uzatdılar”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*