“Çox danışılası bir şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab oyununa hazırlaşmalıyıq”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Qarabağ”ı baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Kiyev “Dinamo”su ilə keçirilən ilk oyundan sonra tşkil edilən mətbuat konfransında deyib.
O, səfərdə keçirilən və 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: “Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi. Bir az sürəti artırmalı idik. Bəlkə də, hava şəraiti imkan vermədi. Çox isti idi. Futbolçuların üzərinə çox getmək istəmədik. Bakıya qayıdandan sonra oyunu tam analiz edəcəyik və cavab matçına hazırlaşacağıq”.
– Məğlubiyyətin əsas səbəbi nə oldu?
– Səbəblər demək olar. Kiçik bir texniki səhv oldu və qol buraxdıq. Ümumi olaraq müdafiədə heç də pis davranmadıq. Hücum xəttində bir az aqressivlik çatmadı.
– Abdullah Zubir heç də yaxşı formada deyildi və bəlkə də bu gün ən pis oyunlarından birini keçirdi. Zubiri bu gün təcrübəsinə görə oynatdınız, yoxsa oyuna hazır hesab etdiniz?
– Bu gün 11-likdə Zubirə ehtiyac var idi. Bir neçə hücumumuz Zubirin vasitəsilə qurulmalı idi. Düzdür, 1-2-si alınsa da, tam alınmadı, amma hər bir halda Zubiri ilk 11-likdə düşünmüşdüm. Hansısa bir səbəb yoxdur. Sonda azarkeşlərimizə də təşəkkür edirəm ki, bizə burada dəstək verdilər.\\milli.az
