Ukrayna Prezidenti Volodimir Zelenski dörd ölkədəki səfirləri vəzifədən azad edib.
KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” informasiya agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Zelenski Ukraynanın Xorvatiya, Albaniya, Monteneqro və Pakistandakı səfirlərini vəzifədən çıxarıb.
Xorvatiya Respublikası, Albaniya, Monteneqro və Pakistandakı səfirlər müvafiq olaraq Vasili Kiriliç, Vladimir Şkurov, Oleq Qerasimenko və Markiyan Çuçuk olublar.\\“Qafqazinfo”
