Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Səudiyyə Ərəbistanına birgünlük səfər edəcək.
KONKRET.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri vəliəhd şahzadə Məhəmməd bin Salman və hazırda orada üçgünlük səfərdə olan Pakistanın baş naziri Şahbaz Şəriflə görüşəcək.
Qeyd olunub ki, son vaxtlar bu üç ölkə təhlükəsizlik sahəsində koordinasiyanı və diplomatik əməkdaşlığı getdikcə daha da dərinləşdirir.
Natiq Səlim,
KONKRET.az
