“Real Madrid”in transfer planı alınmadı: Rodri “Barselona”ya üz tutdubackend

"Real Madrid"in transfer planı alınmadı: Rodri "Barselona"ya üz tutdu

“Mançester Siti”nin təcrübəli mərkəz yarımmüdafiəçisi Rodrinin “Real Madrid”ə transferi məhz klub daxilindəki maliyyə tərəddüdləri səbəbindən pozulub.

KONKRET.az xəbər verir ki, futbolçu son ana qədər “Real”a keçməyə hazır idi.

Rodri ilk olaraq “Real Madrid”ə keçməyə tam hazır olsa da, baş skaut Xuni Kalafat prezident Florentino Peresi “Mançester Siti” ilə transfer məbləğini aşağı salmaq üçün danışıq aparmağa inandırıb.

Madrid klubunun qiyməti endirmək cəhdini “Mançester Siti” qətiyyətlə rədd edib və futbolçunu açıq transfer bazarına çıxarıb.

Florentino Peresin “ya qiyməti endirəcəklər, ya da bu transfer olmayacaq” mövqeyi və prosesin uzanması Rodrinin səbrini tükədib.

Frenki de Yonqun zədəsi və əməliyyat ehtimalı fonunda orta sahəyə təcili güclənmə axtaran “Barselona” imkanı dəyərləndirərək futbolçuya rəsmi təklif təqdim edib.

Rodri Hansi Flikin idman layihəsinə və oyun üslubuna üstünlük verərək “Barselona”ya keçməyə yaşıl işıq yandırıb. (Offsideplus.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*