Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib.
KONKRET.az xəbər verir ki, görüş zamanı tərəflər Rusiya hücumlarını, Qara dənizdəki vəziyyəti və taxıl dəhlizlərinin işini müzakirə ediblər. Danışıqlarda, həmçinin müdafiə, energetika, neft-qaz sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlığa xüsusi diqqət ayrılıb.
Prezident Zelenski Azərbaycana Ukraynaya göstərdiyi energetika və humanitar dəstəyə, eləcə də iki ölkə arasında mövcud olan konstruktiv dialoqa görə minnətdarlığını bildirib.
Natiq Səlim,
KONKRET.az
