Bayden III Çarlzın dəvətini RƏDD ETDİbackend

Bayden III Çarlzın dəvətini RƏDD ETDİ

ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Kralı III Çarlzın mayın 6-na planlaşdırılan tacqoyma mərasiminə getməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Bunun yaşla bağlı problemlərdən qaynaqlandığı iddia edilir.

Bildirilib ki, Baydenin əvəzinə onun həyat yoldaşı Cil Bayden Britaniyaya gedə bilər.

Məlumata görə, xarici səfərlər Amerika prezidenti üçün çox yorucudur. Vaşinqton administrasiyası onların sayını minimuma endirməyə çalışır.

Qeyd olunub ki, Co Bayden aprelin 11-də Belfasta gələcək. O, Belfast sazişinin imzalanmasının 25-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*