ABŞ prezidenti Bayden hesab edir ki, girovların azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda irəliləyiş əldə olunub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.Bayden Qəzzada saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsinə toxunaraq, mən hələ də məhbus mübadiləsinə ümid edirəm, deyib: “HƏMAS hazırda belə bir mübadilənin qarşısını alır, ancaq düşünürəm ki, biz buna nail olacağıq”.
Vəli Həsənoğlu,
KONKRET.az