Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı planlaşdırırbackend

Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı planlaşdırır

ABŞ Prezidenti Co Bayden “OPEC+”un neft hasilatını azaltmaq qərarından sonra Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı planlaşdırır.

KONKRET.az İnterfax“a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine JanPyer brifinq zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ Səudiyyə Ərəbistanı ilə münasibətlərin fərqli formatına keçməlidir.

“Keçən həftə “OPEC+”un qərarını nəzərə alsaq, onlar mütləq Rusiyaya yaxınlaşırlar. İndi Rusiyaya yaxınlaşmaq üçün doğru zaman deyil”, – JanPyer deyib.

Qeyd edək ki, ötən həftə “OPEC+” neft hasilatının kvotasını gündəlik 2 milyon barel azaltmaq qərarına gəlib. ABŞ Prezidenti Co Bayden “OPEC+”un hasilatı azaltmaq qərarından məyus olduğunu bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*