“Finlandiya və İsveç NATO-ya üzvlük üçün bütün kriteriyalara cavab verir və onların iştirakının alyansı gücləndirəcəyinə əminəm”.
KONKRET.az xarici mediaya isitnadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Onlar NATO-nun bütün tələblərinə cavab verir… Uzaq şimalda iki yeni NATO üzvünün olması alyansımızın təhlükəsizliyini artıracaq, təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirəcək”, – Bayden qeyd edib.
