Baydenin qohumlarının Rusiyaya girişi qadağan edildibackend

Baydenin qohumlarının Rusiyaya girişi qadağan edildi

Rusiya Xarici İşlər Nazirliyi 200 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

KONKRET.az xəbər verir ki, 200 adın tam siyahısı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Siyahıya ABŞ-ın hazırkı prezidenti Baydenin qardaşları Ceyms və Frensis, onun bacısı Valeri Bayden və Konqresin Aşağı Palatasının spikeri Nensi Pelosinin əri Paul Pelosi daxildir.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, qadağa ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya rəsmiləri və mədəniyyət xadimlərinə qarşı getdikcə artan sanskiyalar səbəbindən “qarşılıqlılıq prinsipi əsasında” tətbiq edilir.

Stop siyahısında olan şəxslərin Rusiya Federasiyasına daimi əsaslarla daxil olması qadağandır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*