Baydenin yeni komandası: Hamısı qadınlardan ibarətdir – Tarixdə ilkbackend

Baydenin yeni komandası: Hamısı qadınlardan ibarətdir – TARİXDƏ İLK

ABŞ Prezidenti seçilən Co Bayden hamısı qadınlardan ibarət olan Ağ Evin yeni rabitə komandasını təqdim edib.

KONKRET.az xəbər verir ki,  xəbər verir ki, Bayden verdiyi açıqlamada rəhbərlik edəcəyi hökumətin Ağ Evin ABŞ tarixində ilk dəfə tamamilə qadınlardan ibarət rabitə komandasına malik olacağını bildirib.

O, yeni komandasını “müxtəlif, təcrübəli və istedadlı” adlandırıb:

“Amerika xalqı ilə birbaşa və dəqiq əlaqə qurmaq prezidentin ən vacib vəzifələrindən biridir. Bu komandaya Amerika xalqını Ağ Evə bağlamaq üçün böyük məsuliyyət həvalə ediləcək”.

Bayden və yeni I vitse-prezident Kamala Harris Jen Psakinin Ağ Evin sözçüsü təyin edildiyini bildirib. Psaki Barak Obama administrasiyası dövründə Ağ Evdə rabitə heyətinin rəhbəri kimi çalışıb.

Baydenin mətbuat xidmətində çalışacaq adlar arasında mətbuat katibinin müavini Karina Jan-Pyer, Pili Tobar, vitse-prezident Kamala Harrisin mətbuat işlərini həyata keçirəcək Eşli Etyenna və Harrisin baş məsləhətçisi Simona Sanders də var.

Eyni zamanda, Baydenin xanımı Jill Beydenin mətbuat işlərini həyata keçirəcək Elizabet Aleksandr da siyahıda yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*