Baydenin zənginə cavab verməyən şahzadə Salman Qərbi ayağına gətirir – ƏTRAFLIbackend

Baydenin zənginə cavab verməyən şahzadə Salman Qərbi ayağına gətirir - ƏTRAFLI

Boris Conson neft sövdələşməsinə vasitəçilik etmək üçün Səudiyyə Ərəbistanına getməyi planlaşdırır. Anti-Rusiya sanksiyalarının nəticələrinə görə, Böyük Britaniya və ABŞ vəliəhd şahzadə bin Salmanla bu ölkədə insan haqları probleminin olmasına baxmayaraq, qarşılıqlı əlaqədə olmaq məcburiyyətindədirlər. Əks halda, Rusiya neft və qazın əvəzini ala bilməyəcəklər.
Bəs ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana zəng vurması, lakin onun cavab verməkdən imtina etməsi iddiası doğrudurmu?
CNN-in iddiasına görə, gənc şahzadə  ABŞ Prezidenti Co Baydenin atası-Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə telefon danışığını dinləmək üçün Çin Qış Olimpiya Oyunlarını izləməyə getməkdən imtina edib.
Qərb mətbuatında gedən bəzi xəbərlərdən sonra Səudiyyənin çevrəsində belə suallar dolaşır. Amma vacib olan bu deyil.
Əsas sual budur: Məhəmməd bin Salman öz ölkəsində neft hasilatını artırmaq, Moskva ilə razılaşmanı pozmaq və neftin qiymətini aşağı salmaq müqabilində ABŞ və Avropadan nə tələb edəcək?
Səudiyyə mediası şahzadəni Qərb mətbuatında gedən “Baydenlə danışmaqdan imtina etməsi” ilə bağlı xəbərlərdən sonra qəhrəman kimi təqdim edir. ABŞ administrasiyası isə prezidentin zəngi faktını təkzib edir. Ağ Ev neftlə bağlı şahzadə ilə əlaqə qurmaq niyyətini inkar edir. Eyni zamanda təsdiq edir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi, rus qazından və neftindən imtina edilməsinin nəticələri ABŞ-a mənfi təsir göstərir. Üstəlik Qərbdən də alternativ neft mənbələri tapmağı tələb edir. Bu yerdə onu da unutmayaq ki, böyük ixracatçı Venesuela Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyir. Şahzadə Məhəmməd bin Salmanın 81 nəfərin edamının indiki vaxta təyin edilməsi də insan haqlarını təbliğ edən Qərb ölkələrinin təəccübünə səbəb oldu. Qərb Səudiyyə Ərəbistandan insan haqları yönündə islahatlar gözlədiyi bir vaxtda edamlar həyata keçirildi. Ancaq görünür, Qərb dövlətləri bununla barışmağa məcbur olublar. Baydenin Səudiyyə Ərəbistanına səfər etməkdən imtina etməsindən sonra İngiltərənin baş naziri Boris Consonun gənc şahzadəni neft hasilatını artırmağa razı salmaq üçün bir neçə gün sonra Səudiyyə Ərəbistanına gedəcəyi xəbəri yayılıb.
Xəbərdə o da deyilir ki, Britaniya rəsmi səviyyədə şahzadənin insan haqları ilə bağlı siyasətini açıq şəkildə tənqidə davam edir. Britaniya Baş nazirinin Səudiyyə Ərəbistanına səfəri, “The Times” qəzetinin xəbərinə görə (Böyük Britaniya hökuməti bu yazının yazıldığı vaxt bunu inkar etməyib) jurnalist Kaşıkçının qətlindən sonra Şahzadə bin Salmanın təcrid olunduğu bir vaxta təsadüf edir. Nəzərə alsaq ki, Conson son vaxtlar G20 sammitinin 2 üzv ölkəsinə olan səfərini ləğv edib o zaman Səudiyyə Ərəbistanına fövqəladə səfər çoxlu suallar doğurur.
Maraqlı məqamlardan biri də odur ki, son dönəmlərdə Səudiyyə Ərəbistanına yalnız Fransa prezidenti Emmanuel Makron, Tailandın Baş naziri və nəhayət, Misir Prezidenti Əbdülfəttah əs-Sisi səfər edib. Böyük Britaniya ABŞ kimi benzin və dizel qiymətlərinin rekord səviyyəyə qalxmasından narahatdır. Çünki bu qiymət artımı orta və aşağı gəlirli ailələr üçün istilik xərclərini artırıb. Böyük Britaniyanın mənzil, icmalar və yerli idarəetmə naziri Maykl Qovun qeyd etdiyi kimi, sanksiyalardan sonra Qərb insan haqlarının pozulması bahasına olsa da rəsmi London şahzadə bin Salmanla əlaqə saxlamağa məcburdur.
“Rai Al Youm” nəşri Livan.16 mart 2022
Tərcümə etdi: Lətif.A,
KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*