“Bayraktar” əslində qeyri-adi bir şey deyil” – Dmitri Medvedevbackend

“Bayraktar” əslində qeyri-adi bir şey deyil” - Dmitri Medvedev

“Türkiyənin “Bayraktar”ı da daxil olmaqla, bütün xarici dronlar mükəmməl deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibəsində bildirib.

“Haqqında çox danışılan “Bayraktar” əslində qeyri-adi bir şey deyil. Bunun belə fantastik bir şey olduğunu söyləmək olmaz”, – deyə o bildirib.

Eyni zamanda, o, Kalaşnikov və əlaqəli müəssisələrin istehsal etdiyi sursatları yüksək qiymətləndirib.

“Bizə daim deyirlər ki, müharibədə istifadə edilən İran dronlarıdır. Bu, belə deyil, bu, yüksək dəqiqliyə və nisbətən kiçik yükə malik tamamilə rus sursatıdır”, – Medvedev izah edib.

O, zərbə vuran dronların tam xəttinin yaradılmasını Rusiya müəssisələrinin vəzifəsi adlandırıb.

  • Elşən
    Mart 26, 2023 - 12:37

    Pişiyin ağzı ətə çatmayanda diyər iy verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*