“İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentdən sonra hadisə zamanı xəsarət alan ingilis dili müəllimi Şəhla Kamilova işdən ayrılmışdı.
KONKRET.az modern.az-a istinadən xəbər verir ki, hazırda lisey həmin müəllimin yerinə yeni kadr axtarır.
Bundan başqa, təhsil müəssisəsində ciddi müəllim çatışmazlığı da yaşanır. Belə ki, lisey riyaziyyat, fizika, SAT Verbal, biologiya, ingilis dili və informatika fənləri üzrə rus, Azərbaycan və ingilis bölmələrinə yeni müəllimlərin işə qəbulunu elan edib.
