Bayramov Çavuşoğlu ilə Qazaxıstandakı vəziyyəti MÜZAKİRƏ ETDİ – YENİLƏNİBbackend

Bayramov Çavuşoğlu ilə Qazaxıstandakı vəziyyəti MÜZAKİRƏ ETDİ - YENİLƏNİB

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında keçirilən telefon danışığı barədə məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumatda deyilir:

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlər Qazaxıstanda mövcud olan vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”.

***

 10:14
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

KONKRET.az bu barədə “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, XİN başçıları Qazaxıstandakı vəziyyəti müzakirə ediblər. Müzakirənin tam təfərrüatı hələlik məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*