“Bayraqdar”ı Azərbaycana maneəsiz satırıq – Direktorbackend

“Bayraqdar"ı Azərbaycana maneəsiz satırıq - Direktor

“Bayraqdar TB2” PUA-larının istehsalında lazım olan avadanlıqların 93 faizi Türkiyə məhsullarıdır.

KONKRET.az xəbər verir ki, bunu “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, buna görə də heç bir məhdudiyyət olmadan PUA-ları ehtiyacı olan ölkələrə satırıq:

“Bayraqdar TB2”ni Azərbaycana, Qətərə və Ukraynaya heç bir maneə olmadan ixrac edirik. Hazırda bir neçə ölkə ilə də danışıqlar aparılır”.

Direktor qeyd edib ki, “Bayraqdar TB2” PUA-larının peyk rabitəsinə sahib modelinin sınaqları tamamlanıb:

“Bu PUA-lar fərqli strateji vəzifələri icra edəcəklər”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*