Aradan düz 150 il keçdikdən sonra bu mövzu Netflix-in yeni mini-serialı «Below» yayımlandıqdan sonra yenidən gündəmə gəlib.
Serialın nümayişindən sonra müzakirələr daha da qızışıb. Televiziya verilişlərində aktyorlar aparıcıları sözün düzgün tələffüzünə görə düzəldir, tamaşaçılar aktyorların özlərini tənqid edir, sosial şəbəkə istifadəçiləri isə bu məsələ ətrafında uzun-uzadı mübahisələr aparırlar.
Ancaq müasir dövrdə sosial şəbəkələrdə gedən bu mübahisələr XIX əsrdə baş verən hadisələrlə müqayisədə heç nədir.
Nyufaundlend özünəməxsus tarixi, zəngin mədəniyyəti və güclü regional kimliyi ilə seçilən bir adadır. Burada hətta doğma yurdun adının düzgün tələffüzü belə prinsipial məsələ hesab olunur.
Bəs siz Newfoundland sözünün necə düzgün tələffüz edildiyini bilirsinizmi? Görəsən, insan doğma dilini, yerli ənənələrini və kimliyini müdafiə etmək naminə mübahisədə nə qədər irəli gedə bilər?
Rəsmiyyə Şərifova,
KONKRET.az
