Belarus morqları rus meyitləri ilə doludur – KİVbackend

Belarus morqları rus meyitləri ilə doludur - KİV

Ukraynada müharibə başlayan gündən bəri Belarusun Qomel, Mozır və Narovlya şəhərlərindəki xəstəxanalar yaralıları, morqlar isə ölüləri qəbul edir.

KONKRET.az xəbər verir ki, bu barədə Azadlıq Radiosu öz mənbəsinə istinadla məlumat verib.

Bildirilib ki, belarus həkimləri məlumatları heç yanda açıqlamayacaqları barədə razılaşma imzalayıblar. Hətta onların bəzilərini işdən çıxarmaqla hədələyiblər.

Mənbənin sözlərinə görə, Mozır və Qomeldəki morqlar rusların meyitləri ilə doludur. Mozırda meyitlərin bir hissəsini Rusiya Dəmir Yollarına məxsus qatarlara yükləyiblər:

“Meyitlər olduqca çoxdur. Mozır stansiyasındakı insanlar meyitlərin sayından şoka düşüblər. İnsanlar çəkilişlər aparmaq istəsələr də, hərbçilər onlara imkan verməyiblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*