“Benfika”nın yeni baş məşqçisi müəyyənləşdibackend

“Benfika”nın yeni baş məşqçisi müəyyənləşdi

Portuqaliyanın “Benfika” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

KONKRET.az xəbər verir ki, bu vəzifəyə Rocer Şmidt təyin olunub. Alman mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Şmidtin son iş yeri 2021/2022-ci il mövsümündə Niderland çempionatının gümüş medalını qazandığı PSV olub.

Xatırladaq ki, “Benfika” Portuqaliya Liqasında çempion “Portu”dan 17 xal geri qalaraq 3-cü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*