Benyamin Matevosyan: “Ermənilər artıq öyrəncəlidir”backend

Benyamin Matevosyan: "Ermənilər artıq öyrəncəlidir"

“Nikol Paşinyanın BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün oktyabrın 22-dən 27-dək ABŞ-da işgüzar səfərdə olacağı məlum olandan az sonra Türkiyə mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir Paşinyanla görüşəcəyini yazmışdı. Onsuz da Ermənistan vətəndaşları real xarici siyasət gündəliyinə aid bir çox xəbərləri xarici, hətta türk mənbələrindən oxumağa öyrəncəlidir.

Qoy hər kəs özü qərar versin, Paşinyan yenə də öz xalqından, seçicilərindən bilərəkdən nəyisə gizlədib və ya “Ermənistanın status çubuğu” o qədər aşağı salınıb ki, qarşıdakı görüşə tam arxayın olmayıb və özü də Türkiyə mediasından öyrənib”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Benyamin Matevosyan bildirib.

O daha sonra fikilərini belə davam etdirib: “Paşinyan-Ərdoğan görüşündə daha bir diqqətçəkən nüans var: Paşinyan ABŞ-da işgüzar səfərdə olarkən Polşa və Kipr prezidentləri, Hindistanın baş naziri, Avropa Şurasının baş katibi, Beynəlxalq Böhran Qrupunun sədri, eləcə də ABŞ-ın dövlət katibi ilə görüşə bilib. Və bütün bu görüşlər BMT-nin mənzil-qərargahında baş tutub. Lakin Paşinyan Ərdoğanla görüşmək üçün Nyu-Yorkda yerləşən “Türk Evi”nə baş çəkib. Sizcə, bunun mənası nədir?”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*