İsrail Baş naziri Binyamin Netanyahu əməliyyatdan sonra özünü necə hiss etdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Binyamin Netanyahu bu barədə “Tvitter”də paylaşım edib.
Binyamin Netanyahu bildirib ki, əməliyyatla kardiostimulyator quraşdırıldıqdan sonra özünü yaxşı hiss edir və iyulun 24-də Knessetdə hüquqi islahatlarla bağlı qanun layihəsinin müzakirəsində iştirak edəcək.
Qeyd edək ki, bu gün İsrail Baş naziri əməliyyat olunub. Binyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb. Əməliyyatla əlaqədar Binyamin Netanyahu Türkiyə və Cənubi Kiprə səfərini təxirə salmaq məcburiyyətində qalıb.
***
14:05
İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyat olunub.
KONKRET.az xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.
Benyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb və əməliyyat uğurla keçib.
Qeyd olunub ki, baş nazirin səhhəti yaxşı qiymətləndirilir və o, Şeba Tibb Mərkəzinin kardiologiya şöbəsində müşahidə altındadır.//Report
