“Əl-İttihad”ın (Səudiyyə Ərəbistanı) hücumçusu Kərim Benzema karyerasını bitirəcəyi ilə bağlı iddialara münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 36 yaşlı forvard həmin xəbərləri təkzib edib:
“Bu hekayələr həqiqətə uyğun deyil. Sadəcə cəfəngiyyatdır. Özümü yaxşı hiss edirəm və daha uzun illər oynaya bilərəm”.
Xatırladaq ki, mətbuatda futbolçunun cari mövsümün sonunda karyerasını bitirmək istədiyi yazılmışdı.
Benzema 2023-cü ilin yayında azad agent kimi “Əl-İttihad”a klubuna keçib. Bu mövsüm o, bütün turnirlərdə 11 matça çıxıb, 10 qol vurub və 3 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.