Beş güləşçimiz Qazaxıstanda keçirilən beynəlxalq turnirdə medal qazandıbackend

Beş güləşçimiz Qazaxıstanda keçirilən beynəlxalq turnirdə medal qazandı

17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan yığması Qazaxıstanın Atırau şəhərində keçirilən beynəlxalq turnirdə beş medal qazanıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında millinin heyətində Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan yığması komanda hesabında üçüncü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*