Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildibackend

Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqro Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir.

R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*