Bəzi rayonlara yağış yağıb, şimal-qərb küləyi güclənibbackend

Bəzi rayonlara yağış yağıb, şimal-qərb küləyi güclənib

Saat 19:00-a olan məlumata əsasən Daşkəsən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

KONKRET.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbə verir ki, şimal-qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Zərdabda 18 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 33 m/s, Bakıda 30 m/s, Pirallahı, Qum adasında 25 m/s, Binədə 23 m/s, Ələtdə 22 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*