Bəzi yerlərə qar yağıb, dolu düşüb – FAKTİKİ HAVAbackend

Bəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb.

KONKRET.az xəbər verir ki, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb.

Düşən yağıntının miqdarı Göyçayda 15, Xaltan (Quba) və Şəkidə (Kişçay) 10, Qəbələdə 9, Beyləqan və Oğuzda 8, İsmayıllıda 7, Gədəbəydə 6, Qobustan, Göygöl, Ağstafa, Daşkəsən, Zərdab və Şahbuzda 3, Lerik, Yardımlı, Ağdam, Xızı və Qaxda (Sarıbaş) 2, Goranboy, Cəbrayıl, Bərdə, Yevlax, Şabran, Şirvan, Kürdəmir, Qusar, Tovuz, Şamaxı, Ordubadda 1 mm-dək qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*