Biləsuvarda ev yandıbackend

Biləsuvarda ev yandı

Biləsuvar rayonunun Nəsimi kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və 1 otağının tavanı 5 m² sahədə yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*