Biləsuvarda şəhid dəfn edilibbackend

Biləsuvarda şəhid dəfn edildi

Biləsuvar rayonunda müddətdən artıq hərbi qulluqçu, şəhid Əliyev Turan Sulduz oğlu dəfn edilib. KONKRET.az “report”-a istinadən xəbər verir ki, dəfndən əvvəl şəhidin Biləsuvar rayonu Əsgərabad kəndində yerləşən at evində vida mərasimi baş tutub.

Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Sonra şəhid Əsgərabad kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Turan Əliyev 1996-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*