“Biləsuvarda bir ailənin 4 üzvü qidadan zəhərlənməyib”.
KONKRET.AZ xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, həmin şəxslər özləri Kliniki Tibbi Mərkəzə müraciət ediblər: “Onlar ev şəraitində hazırlanan turşudan yeyib narahat olublar. Bu, qida zəhərlənməsi deyil. Həmin şəxslərdən üçünün vəziyyəti kafi qiymətləndirilib və evə buraxılıblar. Biri isə şöbədədir, o da evə buraxılacaq”.
Qeyd edək ki, Biləsuvurda bir ailənin 4 üzvü zəhərlənib. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və daha sonra ailə üzvləri Bakıda yerləşən Klinik Tibbi Mərkəzə göndəriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar evlərində pomidor turşusu yeyiblər.
