Biləsuvarın bəzi ərazilərində işıq olmayacaqbackend

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq”dan KONKRET.az-a verilən məlumata görə, martın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından çıxan 10 kV-luq 11 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:30-dək şəhər ərazisində Mirzə İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov, Səməd Vurğun küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*