Bill Klintondan biabırçı 80 illik yubileyi: Qonaqlardan giriş haqqı alıbbackend

Bill Klintondan biabırçı 80 illik yubileyi: Qonaqlardan giriş haqqı alıb

ABŞ-ın 42-ci prezidenti Bill Klinton 80 illik yubileyini Hemptonsda – demokrat milyarder Aleks Soros və Hillari Klintonun keçmiş köməkçisi Huma Abedinə məxsus dəbdəbəli malikanədə qeyd edib.

KONKRET.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Məlum olub ki, bu tədbir Klinton Fondunun vəsait toplama kampaniyasının yalnız başlanğıcıdır. Demokrat Partiyasından olan insayderlər bildiriblər ki, bu cür yubiley tədbirləri xatirə gecəsindən daha çox ianə toplamaq məqsədi daşıyır: “Burada məsələ tortdakı şamlar deyil, puldur, uşaqlar!”.

Klinton bundan əvvəl də 60 və 70 illik yubileylərində ulduzların iştirakı ilə milyonlarla dollarlıq ianə aksiyaları təşkil edib.

Lakin bu dəfə bayramın ödənişli əsaslarla təşkil olunması və keçmiş Ağ Ev əməkdaşlarının dəvət edilməsi bəzi tərəfdarların narazılığına səbəb olub. Onlar dövlət qulluğunda çalışan və ya o qədər də zəngin olmayan sabiq komanda üzvləri üçün bu cür tədbirlərin maliyyə baxımından ağır olduğunu qeyd ediblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*