Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın başlanğıcından dünyada koronavirusa ötən gün ərzində ən böyük sayda yoluxmanı qeydə alıb.
Bu barədə KONKRET.az “İnterfaks”a istinadən xəbər verir.
“Son 24 saat ərzində ÜST-ə koronavirusa pandemiyanın başlanğıcından ən yüksək birgünlük göstərici – 106 min yeni yoluxma haqqında məlumatlar daxil oldu. Bu yoluxma hallarının demək olar üçdə ikisi dörd ölkədə qeydə alınıb”, – ÜST təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusa istinadən “Twitter”də bildirib.
Lakin söhbətin virusa ən çox yoluxma hallarının qeydə alındığı hansı ölkələrdən getdiyi açıqlanmır.