“Bir müəllimi çıxartmaqla rektor özünü günahsız göstərmək istəyir” – İLGİNC AÇIQLAMAbackend

"Bir müəllimi çıxartmaqla rektor özünü günahsız göstərmək istəyir" - İLGİNC AÇIQLAMA

Gələcək Azərbaycan Partiyasının funksioneri Aslan Həmidli özünün facebook səhifəsində “Bakı Dövlət Universiteti (BDU) rəhbərliyinin son addımı haqqında fikirlərini bölüşüb.

KONKRET.az xəbər verir ki, o öz yazısında bunları bildirib:

“Bakı Dövlət Universiteti səs yazısı yayılan müəllimlə bağlı qərar verib. Səs yazısı yayılan Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Məgər bu prosseslərdən Elçin Babayevin xəbəri yox idimi?

Hər kəsə məlumdur ki, səs yazısı yayılan müəllimə sadəcə vasitəçidir. O pulların hamısı birbaşa Elçin Babayevin cibinə gedir. Bir müəllimi çıxartmaqla indi hörmətli rektor özünü günahsız göstərmək istəyir. Vicdanlı müəllim heyəti Elçin Babayevin əməllərindən bezib. İşləmək istəmirlər. Bu yaxınlarda nazirlikdən əməkdaşlar Elçin Babayevin fəaliyyəti haqqında sorğu keçirib. Amma ortada nəticə yoxdur. Ramiz Mehdiyev hələ də öz adamlarını qorumağa davam edir. Elçin Babayevin əməlləri açıqca ortadadır.

Qosqocaman BDU-nu bir şəxs məhv edib. Və hələ də bu şəxsə dayan deyən yoxdur. Nə zamana qədər belə olacaq?!

KONKRET.az

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*