Birinci doza üzrə vaksin vurduranların sayı 5 milyona çatır – RƏSMİbackend

Birinci doza üzrə vaksin vurduranların sayı 5 milyona çatır - RƏSMİ

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 197 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 376, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 5752 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 928 938 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 999 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 438 447, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 490 878 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*