Birinci Qarabağ müharibəsində şəhid olan Zahid Nağıyevin qalıqları Ağdamda dəfn olunubbackend

Birinci Qarabağ müharibəsində şəhid olan Zahid Nağıyevin qalıqları Ağdamda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Nağıyev Zahid Baxış oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

KONKRET.az xəbər verir ki, şəhid Zahid Nağıyevin nəşinin qalıqları bu gün ailəsinin yaşadığı Ağdamın Evoğlu kəndinə gətirilib.

Şəhidlə vida mərasimi Qaradağlı kənd qəbiristanlığında baş tutub. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub. Sonra şəhidin nəşinin qalıqları torpağa tapşırılıb.

Yaylım atəşi açılıb. Tabuta bükülmüş Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib.

Qeyd edək ki, Nağıyev Zahid Baxış oğlu Birinci Qarabağ müharibəsində cəbhənin Füzuli və Ağdam istiqamətlərindəki döyüşlərdə iştirak edib. 1994-cü ilin aprelin 18-də Ağdam rayonunun Cəvahirli kəndi uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu. Aparılan araşdırmalardan sonra döyüşçünün Ağdam rayonunun Xındırıstan kənd məzarlığında naməlum şəhid kimi dəfn olunduğu məlum olub. Onun kimliyi müəyyənləşib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*