“Biz ATƏT-in Minsk Qrupunu “diriltməyə” çalışmalıyıq”.
KONKRET.az xəbər verir ki, bunu politoloq Armen Baqdasaryan “Sputnik Armeniya”nın mətbuat mərkəzində deyib.
“Qrup hələ də mövcuddur və “Dağlıq Qarabağ” münaqişəsinin həll olunmadığını təkidlə bildirir.
Bundan əlavə, 1994-cü ildən Minsk qrupunun bütün sənədlərində qeyd olunur ki, Xankəndi yekun statusun müəyyən edilməsində iştirak etməlidir.
Amma güman etmək olmaz ki, məsələn, Fransa və ya ABŞ Ermənistanın maraqlarını dəstəkləyəcək. Sadəcə onlar hazırkı vəziyyətdən maksimum yararlanmaq istəyirlər”, – deyə Baqdasaryan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
